ELM VƏ TƏHSİL


Reyhan Camalova: "Rainergy" qurğusunun tətbiqi üçün artıq sponsor təklifi almışıq VİDEO

Bakı, 1 dekabr, Xanım Nağıyeva AZƏRTAC

Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqətçəkən Reyhan Camalova bu gün Azərbaycana qayıdıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc ixtiraçını təhsil aldığı “İstək” liseyinin nümayəndələri, məktəb yoldaşları və media nümayəndələri qarşılayıblar.

Əldə etdiyi uğurda payı olan hər kəsə təşəkkürünü bildirən Reyhan Hindistan səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Reyhan Camalova onun layihəsinin 150 ölkə sahibkarlarının iştirak etdiyi bir samitdə bu qədər diqqət çəkməsindən sevincini dilə gətirib. O, artıq ixtiranın həyata keçirilməsi üçün sponsor təklifi də aldıqlarını bildirib.

Qlobal Sahibkarlıq Sammitində Reyhan Camalova ilə birlikdə iştirak edən mentoru Leyla Tağızadə də bütün dünyadan 1500 iştirakçının təqdim etdiyi layihələr arasında Azərbaycan təmsilçisinin ixtirası ilə fərqlənməsinin böyük qürur doğurduğunu deyib: "ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Trampın belə bir mötəbər tədbirdə Azərbaycanın adını xüsusi çəkməsi, Reyhanın ixtirasını yüksək qiymətləndirməsi hər kəsdə Azərbaycan gəncliyinin elmi, biliyi, istedadı və bacarığı barədə xoş təəssüratlar yaratdı".

Xatırladaq ki, “İstək” liseyinin 9-cu sinif şagirdi Reyhan Camalova məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu hazırlayıb. Bu qurğu Qlobal Sahibkarlıq Sammitinin iştirakçılarında böyük maraq doğurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.