MƏDƏNİYYƏT


Reza Deqati: Nizami Gəncəvi bütün zamanların dahi filosofu olaraq qalacaq

Bakı, 24 noyabr, AZƏRTAC

Dünya tarixində 10 dahi şəxsiyyət varsa onlardan biri də Nizami Gəncəvidir.

Bu fikri Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-a müsahibəsində deyib.

“Nizami Gəncəvi bütün zamanların dahi filosofu olaraq qalacaq. Dünyada mükəmməl bir cəmiyyətin qurulması üçün onun ibrətamiz ideyaları yayımlanmalı və öyrənilməlidir. Bunun üçün məktəb və universitetlərdə Nizami Gəncəvi geniş təbliğ olunmalıdır”,- deyə Reza Deqati bildirib.

Zəngilanda Nizami Gəncəviyə ucaldılan abidənin fotosunu çəkdiyini deyən Reza Deqati bildirib ki, abidənin üzərində yazılan dahi mütəfəkkirin bir kəlamı onun qəlbini titrədib. Mənfur düşmən heykəlin bir hissəsini dağıdıb. Bu ermənilərin bizə azərbaycanlılara qarşı necə paxıl olduqlarını bir daha sübuta yetirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.