MƏDƏNİYYƏT


Reza Deqati: Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün sevinc hissləri yaradır VİDEO

Bakı, 13 may, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin 30 illik işğalı və qəsdən törətdiyi dağıntılardan sonra Şuşa şəhərinə həyat yenidən qayıdıb. Göz yaşları və dünya musiqiçilərinin iştirakı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər dünyaşöhrətli fotoqraf Reza Deqatinin Şuşadan çəkdiyi videopaylaşımda yer alıb.

Paylaşımda deyilir: “30 il əvvəl Qarabağdakı müharibə haqqında beynəlxalq mediaya reportaj hazırlamaq üçün Parisdən bura gəlmişdim. Şəhər erməni silahlı qüvvələrinin mühasirəsində idi və mülki vətəndaşlar raket və artilleriya hücumuna məruz qalırdılar. 1992-ci il mayın 8-də şəhərin işğalından sonra Azərbaycan mədəniyyətinin bütün nişanları - evlər, muzeylər, məktəblər talan olundu və dağıdıldı. Azərbaycan, nəhayət 2020-ci il noyabrın 8-də şəhəri geri qaytardı. Yenidənqurma işləri başladı və Şuşa musiqi və poeziya şəhəri, Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün də sevinc hissləri yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.