CƏMİYYƏT


Reza Deqati azərbaycanlı jurnalistlərin minaya düşdükləri ərazidən görüntülər paylaşıb VİDEO

Bakı, 8 iyun, AZƏRTAC

Məşhur fotojurnalist Reza Deqati Kəlbəcərdə iki azərbaycanlı jurnalistin ölümünə səbəb olan mina partlayışının baş verdiyi ərazidə olub.

AZƏRTAC xəbər verir ki, özünün İnstaqram səhifəsində baş vermiş faciəli hadisə ilə bağlı video paylaşan Reza Deqati bunları yazıb: “İki azərbaycanlı jurnalist avtomobilin minaya düşərək partlaması nəticəsində həlak olub. Ermənilər tərəfindən Qarabağda bir milyon mina basdırılıb. Hərbi sahədə məğlubiyyətdən sonra əraziləri tərk edən zaman ermənilər minlərlə mina basdırıb və müxtəlif tələlər qurublar. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına zidd olaraq, Ermənistan hökuməti minaların yerini göstərən xəritələri təqdim etməkdən imtina edir. Nəticə isə faciəvidir: xüsusilə mülki şəxslər arasında yüzlərlə ölən və yaralanan var, həmçinin minalar yenidənqurma işlərini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesini ləngidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.