İDMAN
Reza Mehmandoust: Azərbaycan taekvandoçuları qələbə əzmi ilə yarışırlar
Bakı, 17 may, AZƏRTAC
Bir neçə ildir ki, Azərbaycanda taekvando üzrə baş məşqçi kimi fəaliyyət göstərirəm. Komandamızın qazandığı nəticələrdən çox razıyam. İdmançılarımız qalib gəlmək üçün əllərindən gələni edirlər.
Azərbaycanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Reza Mehmandoust bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Məşqçi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini bölüşərək deyib: “Azərbaycan taekvandoçuları IV İslam Həmrəyliyi Oyunlarına səylə hazırlaşıblar. Onların bir şüarı var – yalnız qalib gəlmək. İdmançılarımız bu gün keçirilən yarışlarda dörd qızıl və bir gümüş medal qazanıblar. Əminəm ki, medallarımızın sayı daha da artacaq”, - deyə R.Mehmandoust vurğulayıb.