ELM VƏ TƏHSİL


Rezidentura jurnalının 2-ci sayı çapdan çıxıb

Bakı, 14 fevral, AZƏRTAC

“Rezidentura” jurnalının 2-ci sayı çapdan çıxıb. Jurnalın bu nömrəsində Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elanının tam mətni verilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın 2-ci nömrəsində qəbul elanının tam mətni ilə yanaşı, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində dərc edilib.

Jurnalı bu gün saat 14:00-dan etibarən DİM-in aşağıda qeyd edilən ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.