ELM VƏ TƏHSİL


“Rezidentura” jurnalının ikinci nömrəsi çapdan çıxıb

Bakı, 13 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Rezidentura” jurnalının ikinci nömrəsi nəşr olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu nömrədə qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.