ELM VƏ TƏHSİL


Rezidenturanın baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 1738 namizəd iştirak edəcək

Bakı, 11 iyun, AZƏRTAC

2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanında iştirak üçün 2028 nəfər ərizəsini təsdiqlədib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, onlardan 931 nəfər əvvəlki illərdə məzun olan şəxslərdir. 646 nəfər cari ilin məzunu, 451 nəfər isə hazırda əsas (baza ali) tibb təhsilini davam etdirən və III kursu tam bitirmiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qaldığından, 2020-ci ildə 40 və daha çox bal toplayan namizədlər cari ildə bu imtahanda iştirak etmədən ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Beləliklə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I cəhd) 1738 namizəd iştirak edəcək.

Xatırladaq ki, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.