ELM VƏ TƏHSİL


Rezidenturaya baza fənləri üzrə imtahanın birinci cəhdi iyunun 20-də keçiriləcək

Bakı, 11 iyun, AZƏRTAC

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (I cəhd) iyunun 20-də keçiriləcək. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) isə avqustun 4-də keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən namizədlər buraxılırlar.

Xatırladaq ki, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.