ELM VƏ TƏHSİL
Rezidenturaya imtahan verənlərin nəzərinə: bu gündən protokolların və cavab kartlarının emalına başlanılır
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.
İmtahanın nəticələri yaxın 3 gün ərzində elan olunacaq.