ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanında 236 namizəd birinci mərhələnin müsabiqə şərtini ödəyib

Bakı, 16 may, AZƏRTAC

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (birinci cəhd) nəticələrinə görə, 236 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə şərtini ödəyənlərdən 101 nəfər 4-cü və ya 5-ci kurs tələbələridir. İmtahanda iştirakı nəzərdə tutulan 1279 namizəddən 18 nəfəri imtahana gəlməyib.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi (birinci cəhd) mayın 15-də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.