ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 1500-dən çox namizəd ərizə verib

Bakı, 4 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 5-də keçiriləcək rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün 1525 namizəd ərizə verib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri isə qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək. İmtahan iştirakçılarının imtahan keçiriləcək yerə (binaya) gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.