ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanının II mərhələsində 543 nəfər müsabiqə şərtini ödəyib

Bakı, 28 sentyabr, AZƏRTAC

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirakı gözlənilən 814 namizəddən 4 nəfər imtahana gəlməyib. Namizədlərdən 543 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

İkinci mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 86 bal olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.