ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 881 nəfər qeydiyyatdan keçib
Bakı, 12 avqust, AZƏRTAC
Rezidenturaya qəbul imtahanının II mərhələsi üçün qeydiyyat başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 881 nəfər (Azərbaycan bölməsi – 744, rus bölməsi - 137) qeydiyyatdan keçib.
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]