ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır

Bakı, 11 avqust, AZƏRTAC

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün avqustun 11-i saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Bu gün saat 09:45-ə olan məlumata əsasən 843 namizəd (Azərbaycan bölməsi - 709; rus bölməsi - 134) imtahana yazılıb.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.