ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başa çatır

Bakı, 14 iyun, AZƏRTAC

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyən namizədlərin qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, rezidenturaya qəbul imtahanının I mərhələsində müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.