ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 563 nəfər iştirak edəcək

Bakı, 5 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 4-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (ikinci cəhd) nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu imtahanda müsabiqə şərtini ödəyərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan 100 nəfər ikinci mərhələyə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılıb.

İmtahanın 1-ci cəhdində iştirak edərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədləri də nəzərə alsaq, ümumilikdə 563 nəfər ikinci mərhələyə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.