ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

Bakı, 20 fevral, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün elan olunmuş rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.

Rezidenturaya internet vasitəsilə aparılan ərizə qəbulu davam edir. Bu gün saat 12:50-yə olan göstəricilərə əsasən, imtahanda iştirak etmək üçün 349 namizəd (Azərbaycan bölməsi - 300; rus bölməsi – 49) ərizəsini təsdiqlədib.

Xatırladaq ki, namizəd fevralın 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) müvafiq hesabına əlavə edir. Ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurub təsdiq edir.

DİM namizədlərin diqqətinə çatdırır ki, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakültəsini bitirənlər istisna olmaqla) əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rezidenturada ikinci dəfə təhsil ödənişli əsaslarla həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.