ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul olunmaq istəyənlər online sınaq imtahanı verəcəklər

Bakı, 25 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olunmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə təkrar online sınaq imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanında iştirak etmək istəyənlər iyunun 30-u saat 09.00-dək bu qurumun internet saytında qeydiyyatdan keçməklə imtahana yazıla bilərlər.

Sınaq imtahanı iyunun 30-da DİM-in Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanındakı binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10.00-da başlanacaq. Sualların cavablandırılmasına iki saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak üçün ödənişin məbləği 30 (otuz) manatdır. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə oluna bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.