CƏMİYYƏT
Rezidenturaya qəbul olunmuş şəxslərin qeydiyyatı başlayır
Bakı, 8 avqust, AZƏRTAC
Səhiyyə Nazirliyi 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olunmuş şəxsləri qeydiyyatdan keçməyə dəvət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə ətraflı məlumat nazirliyin saytında yerləşdirilib. Məlumatda bildirilir ki, bunun üçün rezidentlər iş nömrələrini və sənədlərini (şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında diplom və onun surəti) avqustun 9-dan 15-dək Səhiyyə Nazirliyinə təqdim etməlidirlər. Rezidentlər nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlayaraq qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməmələri onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etmələri kimi qiymətləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]