ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edir

Bakı, 25 iyun, AZƏRTAC

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, iyunun 25-i saat 11:00-a olan məlumata görə, sınaq imtahanında iştirak etmək istəyən 54 namizəd qeydiyyatdan keçib.

Sınaq imtahanı iyunun 29-da DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) elektron formada keçiriləcək və saat 10-da başlayacaq. Namizədlər iyunun 28-i saat 17-dək internet saytında qeydiyyatdan keçə bilərlər.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.