İDMAN


Riçard Almeydanın yeni klubu bəlli olub

Bakı, 3 iyul, AZƏRTAC

“Qarabağ”dan ayrılan Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda karyerasını Qazaxıstanda davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, braziliyalı futbolçu “Astana” klubu ilə anlaşıb.

Almeyda bir müddət öncə “Qəbələ”dən ayrılan və hazırda “Astana” klubunun baş məşqçisi təyin olunan Roman Qriqorçukun dəvətini müsbət qarşılayıb. Yarımmüdafiəçi yeni klubu ilə ikilik müqavilə imzalayacaq. Riçard Almeyda Qazaxıstanda ilinə bir milyon dollar qazanacaq.

Almeyda 2011-ci ildən “Qarabağ”ın şərəfin qoruyub. O, Ağdamın “Qarabağ” klubunun heyətində 141 oyunda 33 qola imza atıb. Braziliya əsilli futbolçu 2017-ci ildən Azərbaycan milli komandasının formasını geyinir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.