“Rik və Morti” animasiya serialının altıncı mövsümünün premyera tarixi açıqlanıb
AzerTAg.az
Bakı, 28 iyul, AZƏRTAC
“Emmi” mükafatına layiq görülmüş “Rik və Morti” animasiya komediya serialının altıncı mövsümünün premyera tarixi açıqlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yarım saatlıq bölümlərdən ibarət olan komediya serialı beş mövsümdən ibarətdir və altıncısı mövsümün ilk bölümü 2022-ci il sentyabrın 4-də nümayiş olunacaq. Animasiya serialının yaradıcıları Den Harmon və Castin Royland pərəstişkarları üçün unikal bir mövsüm bölümləri təqdim edəcəklərini vəd ediblər.
Qeyd edək ki, ilk dəfə 2013-cü ilin dekabrında ekranlara çıxan “Rik və Morti” 2017, 2019 və 2021-ci illərdə ABŞ-ın ən yaxşı animasiya komediya serialı olub. Ekran əsərinə bu günə qədər dünya üzrə 10 milyard dəfədən çox baxılıb. Serial dahi sosiopat alim Rik Sançes haqqındadır. O, utancaq və sadəlövh nəvəsi Mortini son dərəcə təhlükəli macəralara cəlb edir.


Xəbərin mətnində orfoqrafik səhv var