İDMAN
“Rio-2016” Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın iki atleti mübarizə aparacaq
Bakı, 13 sentyabr, AZƏRTAC
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının altıncı günündə - sentyabrın 13-də Azərbaycanın iki atleti mübarizə aparacaq.
Əvvəlcə üzgüçülüyün 100 metr məsafəyə xüsusi brass növündə Dmitri Saleh yenidən mükafat uğrunda yarışacaq. Yarış Bakı vaxtı ilə saat 18:00-dan etibarən start götürəcək.
Azərbaycan atleti Yelena Çebanu bu dəfə gücünü atletikanın uzunluğa tullanma növündə sınayacaq. Yarış saat 01:41-də başlayacaq.
Xatırladaq ki, Y.Çebanu indiyədək “Rio-2016” Paralimpiadasında 100 metr məsafəyə qaçışda gümüş, 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb.