DÜNYA


Rio-de-Janeyroda sel və daşqınlar ən azı 6 nəfərin ölümünə səbəb olub

Bakı, 10 aprel, AZƏRTAC

Braziliyanın Rio-de-Janeyro şəhərində şiddətli yağışlar nəticəsində baş vermiş sel və daşqınlar 6 nəfərin ölümünə səbəb olub.

AZƏRTAC “The Rio Times” saytına istinadla xəbər verir ki, aprelin 9-da başlayan şiddətli yağışlar və tufanın törətdiyi fəsadların aradan qaldırılması üçün şəhərdə fövqəladə vəziyyət elan edilib. Rio-de-Janeyro meri Marselo Krivella bildirib ki, meqapolisin bəzi hissələrinə son 24 saatda 34 sm yağış düşüb. Şəhər nəqliyyatının iflic olduğu, məktəblərin və iş yerlərinin bağlandığı bildirilir. Bundan başqa, 785 binaya elektrik enerjisinin verilməsi dayandırılıb.

Daşqınlara məruz qalmış bölgələrdən əhalinin köçürülməsi üçün xilasedici dəstələr və ordu hissələri də cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.