DÜNYA


Riqada COVID-19-un qeydə alındığı təhsil müəssisələrinin sayı üç dəfə artıb

Riqa, 14 noyabr, AZƏRTAC

Riqada təxminən iki həftə ərzində COVID-19-un qeydə alındığı təhsil müəssisələrinin sayı üç dəfə artıb.

AZƏRTAC Riqa Dumasının Təhsil, Mədəniyyət və İdman Departamentinin yaydığı məlumata əsasən xəbər verir ki, əgər cari il oktyabrın 27-də bu cür təhsil müəssisələrinin sayı 24, noyabrın 5-də 41 idisə, bu gün onların sayı 75-ə çatıb. Bunlar ümumtəhsil, idman, musiqi, rəssamlıq məktəbləri və 26 məktəbəqədər təhsil müəssisəsidir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.