DÜNYA


Riqada “May Qrafı-2022” festival-karnavalı təşkil olunacaq

Riqa, 19 may, AZƏRTAC

Riqanın Verman parkında ənənəvi “May Qrafı 2022” festival-karnavalı keçiriləcək.

AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, tədbirdə sirk və teatr tamaşaları, orta əsrlərə aid yarmarka və attraksionlar, tarixi döyüşlər, yaradıcılıq emalatxanaları və ustad dərsləri və alov şousunun keçirilməsi nəzərdə tutulub.

Tədbir təşkilatçıları bildirib ki, builki bayramın əsas mövzusu “Riqa ustadlar şəhəridir” adlanır. Eyni zamanda, turnirlərdə şəhərin ən yaxşı müdafiəçisi − May qrafı yenidən müəyyən ediləcək və o, qədim ənənəyə uyğun olaraq öz qəlbinin xanımını − May qrafinyasını seçəcək. Bayramın oyunları və yerləri müxtəlif ölkələrdən − Latviya, Yunanıstan, Türkiyə, Macarıstan, Ukrayna və Polşadan olan gənc könüllülər tərəfindən təşkil olunacaq.

Qeyd edilib ki, “May qrafı” ənənəsi Riqada hələ orta əsrlərdə yaranıb. Tarix, yaradıcılıq, mədəniyyət və fantaziyanı özündə ehtiva edən festival bu gün bütün ailənin bayramı hesab edilir və ən müxtəlif mədəniyyətləri, dövrləri və insanları birləşdirmək üçün nəzərdə tutulub.

Festival mayın 21 və 22-də saat 12:00-dan 22:00-a kimi bütün yaş qruplarından olan ziyarətçilər üçün açıq olacaq.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.