DÜNYA


Riqada Sovet İttifaqına qarşı döyüşmüş legionerlərin xatirəsinə həsr olunan yürüş keçirilib

Riqa, 16 mart, AZƏRTAC

Latviya paytaxtı Riqanın mərkəzində İkinci Dünya müharibəsi zamanı Almaniya tərəfində Sovet İttifaqına qarşı döyüşmüş latviyalı legionerlərin xatirəsinə həsr edilmiş yürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, paytaxtdakı İoann kilsəsindən Azadlıq heykəlinə doğru irəliləyən yürüş iştirakçıları əllərində kommunizmi və nasizmi lənətləyən şüarların yazıldığı plakatlar tutublar.

Latviya Daxili İşlər Nazirliyi yürüş zamanı hər hansı qanun pozuntusunun və ya toqquşmanın baş vermədiyini bildirib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.