DÜNYA


Riqada atəşfəşanlıq 235 min avroya başa gələcək

Riqa, 29 oktyabr, AZƏRTAC

Latviya Respublikasının 100 illiyi münasibətilə noyabrın 18-də Riqa şəhərində keçiriləcək atəşfəşanlıq 234,999 avroya başa gələcək.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Satınalmaları Monitorinq Bürosunun internet saytında yerləşdirilib.

Riqa şəhər Dumasının təhsil, mədəniyyət və idman departamenti “Saules Muzs” (Günəşli Həyat) musiqili atəşfəşanlığının bədii və texniki hissəsinin təşkili üçün tender elan edib.

Şounun təşkilatçısı hüququnu qazanan tenderin yeganə iştirakçısı “Staro-100” şirkəti tamaşaçılara atəşfəşanlıqla yanaşı, zəngin musiqili və əyləncəli proqramlar da təqdim edəcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.