İQTİSADİYYAT


“Risklərin idarə edilməsi və Bazel III” mövzusunda seminar keçirilib

Bakı, 18 fevral, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MPNP) tərəfindən “Sparkassenstiftung für internationale Kooperation” ilə birgə təlimçi-ekspert İrina Friedemannın təqdimatında “Risklərin idarə edilməsi və Bazel III” mövzusunda seminar təşkil olunub.

Palatadan AZƏRTAC-a bildirilib ki, seminar çərçivəsində Bazel III və onun komponentləri, CRD IV və EBA haqqında ümumi məlumat, bank tənzimlənməsinin xronologiyası, beynəlxalq təcrübədə CRR/CRD IV və EBA standartlarının tətbiqi, habelə risk idarəetməsində zəruri hesab olunan üç müdafiə xətti müzakirə edilib. Təcrübə və diskussiyalarla zəngin olan seminarda 28 bankdan nümayəndə və palatanın əməkdaşları iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.