İQTİSADİYYAT


Riskli vergiödəyiciləri ilə bağlı məlumatların əldə olunması asanlaşıb

Bakı, 7 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti riskli vergiödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanını daha da asanlaşdırıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, indiyədək vergiödəyicisi digər ödəyicinin riskli vergiödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq “Riskli vergi ödəyicilərinin axtarışı” xidmətindən istifadə etməli idi. Artıq bu məlumatı “www.e-taxes.gov.az” saytının “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən (https://www.e-taxes.gov.az/ebyn/risk/ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür.

Yenilik riskli vergiödəyicilərinin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Bu ilin mart ayından etibarən, riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Çünki hər hansı vergiödəyicisinin belə ödəyicilərlə əməliyyatlar aparması onun özü üçün də risklərin yaranması deməkdir. Bu, həm səyyar vergi yoxlamalarının, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.