ELM VƏ TƏHSİL
Riyaziyyat fənni üzrə bazar günü məktəbinə gedənlərin nəzərinə
Bakı, 7 oktyabr, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında riyaziyyat fənni üzrə bazar günü məktəbinin məşğələləri oktyabrın 10-da başlanacaq və hər bazar günü saat 12:00-da “Zoom” platforması üzərindən keçiriləcək.
AZƏRTAC MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, riyaziyyat fənni üzrə bazar günü məktəbinə yazılmaq üçün bu ali təhsil müəssisəsinin internet səhifəsində göstərilən linkə daxil olaraq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər şənbə günü saat 18:00-da bağlanır və bazar ertəsi saat 10:00-da açılır.
Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.
Məşğələlər pulsuzdur.
Qeydiyyatla əlaqədar bütün sualları [email protected] ünvanına yazmaq olar.