ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutu əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Rövşən Bəndəliyev və şöbənin dissertantı Kəmalə Səfərovanın həmmüəllifi olduğu məqalə “Clarivate Analytics” elmmetrik bazasında referatlaşdırılan, Q1 kvartilində yerləşən və impakt faktoru 1.736 olan “Linear and Multilinear Algebra” jurnalının saytında yerləşdirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, elmi məqalədə monoton funksiyalar sinfində Hardi operatorunun kvazi-Banax qrand Lebeq fəzasında məhdudluğu isbat edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.