ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda keçirilən elmi seminarda riyazi analiz şöbəsinin baş elmi işçisi, professor Rövşən Bəndəliyev “Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məruzədə Hausdorf operatorunun müxtəlif Lebeq tipli fəzalarda məhdudluğu barədə məlumat verilib. Xüsusi halda bəzi klassik inteqral operatorların məhdudluğu üçün çəki funksiyaları üzərinə müəyyən əlavə şərtlər daxilində zəruri və kafi şərt göstərilib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.