ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar keçiriləcək

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda elmi seminar keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda dosent Sabir Həsənov mövzu üzrə məruzə edəcək.

Məruzədə Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər haqqında məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.