ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası olub

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, direktor, AMEA-nın müxbir üzvü Misir Mərdanov şura üzvlərini AMEA-nın “İş vaxtının uçotunun aparılmasının təmin edilməsi” haqqında 2018-ci il 23 noyabr tarixli sərəncamı və akademiyanın Rəyasət Heyətinin “AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi” haqqında 2018-ci il 14 dekabr tarixli qərarı ilə tanış edib.

Sonra institutdan “Gənc alimlər üçün elmi tədqiqat layihələrinin respublika müsabiqəsinə” beş nəfərin və elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə AMEA-nın Rəyasət Heyətinin mükafatına riyazi fizika tənlikləri şöbəsinin aparıcı elmi işçisi Əbdürrəhim Quliyevin namizədliyinin irəli sürülməsi məsələləri müzakirə olunub.

Təhsil şöbəsinin müdiri, professor Ədalət Axundov 2018-2019-cu tədris ili üçün institutun doktorantura (fəlsəfə doktoru hazırlığı üzrə) və dissertantura (elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə) pilləsinə qəbul edilmiş sənədlər haqqında məlumat verib.

İnstitutun Həmkarlar İttifaqının sədri, dosent İradə Mirzəzadə AMEA-nın kadrlar şöbəsi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən 2018-ci il 20 dekabr tarixində keçirilmiş iclasın qərarı haqqında şura üzvlərini məlumatlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.