CƏMİYYƏT


Riyaziyyat və Mexanika İnstitutunda icbari tibbi müayinə tədbiri keçirilib

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda icbari tibbi müayinə keçirilib.

AZƏRTAC xəbər verir ki, tibbi müayinələr Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Yasamal rayonundakı 16 və 19 nömrəli poliklinikalarının, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılıb.

İnstitutun həmkarlar ittifaqı təşkilatının sədri İradə Mirzəzadə müayinələr barədə məlumat verərək deyib: “Hər il fevralın 12-dən mayın 12-dək ölkəmizdə əhalinin icbari tibbi müayinəsi keçirilir. Artıq bir neçə ildir ki, bizim institutda çalısan əməkdaşların birbaşa iş yerində tibbi müayinə aparması ənənə şəklini alıb. Məsələ burasındadır ki, müəssisəmizdə gənclərlə yanaşı xeyli yaşlı professor, elmi işçi, hətta yaşı 90-ı haqlayan əməkdaş çalışır. Hansısa səhiyyə müəssisəsinə gedib icbari tibbi müayinədən keçmək xeyli vaxt alır və onlar günün xeyli hissəsini itirirlər. Ona görə də müayinə tədbirlərinin işdən ayrılmamaqla, institutda keçirilməsi çox faydalı və səmərəlidir. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciətimiz bu il də müsbət qarşılanıb və sağlamlıq keşikçiləri müayinələri iş yerində aparmaq barədə təklifimizi qəbul ediblər”.

Aparılan müayinə zamanı institutun 227 əməkdaşından 220 nəfəri terapevt, kardioloq, nevropatoloq, oftalmoloq və otolarinqoloq müayinəsindən keçib. Həkimlərin məsləhəti ilə ehtiyac olduğu halda əməkdaşlar ultrasəs aparatı ilə müayinə ediliblər və qan analizləri veriblər. Onlardan 76 nəfəri terapevt, 25 nəfəri kardioloq, 28 nəfəri nevropatoloq, 17 nəfəri oftalmoloq, 15 nəfəri otolarinqoloq müayinəsindən keçib, 27 nəfər ultrasəs aparatı ilə müayinə edilib, 27 nəfərdən qan analizləri götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.