ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda magistr pilləsində təhsil alan tələbələr imtahan veriblər

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda magistr pilləsində təhsil alan I və II kurs tələbələri üçün imtahan keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, I kurs tələbələri “Harmonik analiz”, “Riyazi fizikanın klassik və müasir problemləri”, “Bərk və maye mühitlərdə rəqslər və dalğaların yayılması”, “Örtüklər nəzəriyyəsi”, “Riyaziyyatın müasir problemləri”, II kurs tələbələri isə “Analitik funksiyaların sərhəd xassələri. Sinqulyar inteqral tənliklər”, “Riyazi fizikanın tərs məsələlərinin ədədi üsullarla həlli”, “Optimal idarəetmə nəzəriyyəsinin təqribi üsulları”, “Qeyri-xətti diferensial tənliklər”, “Banax fəzasında xətti tənliklər” fənnindən imtahan veriblər.

Qeyd edək ki, növbəti imtahanlar yanvarın 11-dən 31-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.