ELM VƏ TƏHSİL
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar
Bakı, 13 fevral , AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Rəqəmsal nəzarət-idarəetmə sistemlərində apertur gecikmələri və onların analitik yolla aradan qaldırılması” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda hesablama riyaziyyatı və informatika şöbəsinin böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Vüqar Sadıxovun məruzəsi dinlənilib.
Məruzədə xətti diferensial tənliklərlə təsvir edilmiş rəqəmsal idarəetmə sistemlərində müşahidə olunan siqnal gecikmələrinin analitik yolla aradan qaldırılması məsələsi göstərilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.