ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda riyazi analiz şöbəsinin müdiri, professor Vaqif Quliyevin “VMO əmsallı parabolik tənliyin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə VMO əmsallı xətti müntəzəm parabolik tənlik üçün qoyulmuş sərhəd məsələsinin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.