ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçiriləcək

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Paylanmış parametrli sistemlərdə nəzarət nöqtələrinin optimallaşdırılması ilə bir sintez idarəetmə məsələsi” mövzusunda elmi seminar keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Kamil Aydazədənin məruzəsi dinləniləcək. Həmçinin istilik daşıyıcısı üçün qapalı sistemdə istiliyin verilməsini təmin edən qızdırılma aparatının optimal idarəolunması müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.