ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçiriləcək

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda elmi seminar keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Kəsr maksimal kommutator üçün bəzi qeydlər” mövzusunda məruzəsi dinləniləcək. Sonra kəsr maksimal kommutator üçün alınmış müəyyən nöqtəvi qiymətləndirmə müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.