ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda onlayn seminar

Bakı, 23 iyun, AZƏRTAC

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Cəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi” mövzusunda onlayn seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri Vüqar İsmayılovun mövzu üzrə məruzəsi dinlənilib.

Məruzədə kompakt Hausdorff fəzasında təyin olunmuş kəsilməz funksiyanın iki cəbr cəminin elementləri ilə yaxınlaşma məsələsinə baxılıB və bu məsələdə yaxınlaşma xətasının hesablanması üçün Diliberto-Straus alqoritmi haqqında söhbət açılıb.

Sonra suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.