ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunda seminar: “Silindrik torlarda dalğalar”

Bakı, 16 yanvar, AZƏRTAC 

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Silindrik torlarda dalğalar” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin şöbə müdiri, professor Cəfər Ağalarovun mövzu üzrə məruzəsi dinlənilib.

Məruzədə torun ümumi tənlikləri əsasında silindrik torun tənliklərinin alınmasından bəhs edilib, müzakirələr aparılıb. Bunun əsasında uzanma dalğaları silindrik torda tədqiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.