ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutunun magistrantları dissertasiya işlərini onlayn müdafiə ediblər

Bakı, 27 iyun, AZƏRTAC

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantlarının riyazi analiz, riyazi fizika, maye, qaz və plazma mexanikası ixtisasları üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, İxtisaslaşdırılmış Şuranın sədri, professor Telman Məlikov, şura üzvləri iştirak ediblər.

İclasda II kurs magistrantlar – İbrahim Məmmədov, Aynur Cəbrayılova və Aygül Rzayeva dissertasiya mövzuları haqqında ətraflı məlumat verib, onlara təqdim olunan sualları cavablandırıblar. Dissertasiya işləri müvafiq olaraq 100, 92 və 92 balla qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.