ELM VƏ TƏHSİL


Riyaziyyatçı alim “İlin peşəkar gənci” fəxri adına layiq görülüb

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, dosent Gülnar Mirzəyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, gənc alimə AHİK-in Fəxri diplomu, Döş nişanı və vəsiqəsi təqdim edilib.

2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi haqqında AHİK-nin İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkəmizin qurulmasında fəal iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.