Riyaziyyatçı alim uğurlu elmi araşdırma aparıb
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorlarının komutatorları və tətbiqləri” adlı məqaləsində ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu araşdırılıb.
Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu üçün kafi şərtlər tapılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-0.853) Q3 yüksək impakt faktorlu jurnalda yer alıb.
Xəbərin mətnində orfoqrafik səhv var