ELM VƏ TƏHSİL
Riyaziyyatçı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda yer alıb
Bakı, 8 may, AZƏRTAC
Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və riyazi analiz şöbəsinin dosenti Zaman Səfərovun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifləri olduqları məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Integral Transforms and Special Functions” (https://www.tandfonline.com/loi/gitr20) 0.828 yüksək impakt faktorlu jurnalda dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “Karnot qruplarında kəsr maksimal operatorun kommutatorunun ümumiləşmiş Morri fəzalarında xarakteristikası” (https://www.tandfonline.com/doi/full/10.1080/10652469.2019.1581777) adlı məqalədə əldə edilmiş nəticələrin tətbiqi olaraq kəsr maksimal kommutatorun ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün meyarlar verilib.