ELM VƏ TƏHSİL


“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların virtual elmi konfransı keçiriləcək

Bakı, 30 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə iyunun 3-4-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunan “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların respublika virtual elmi konfransı keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması vasitəsilə onlayn formatda təşkil olunacaq elmi konfrans saat 12:00-da başlayacaq.

Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin iyunun 2-də saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.