Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rober Osseyn: İlk Avropa Oyunlarının məşəlini gəzdirməkdən qürur duydum

Rober Osseyn: İlk Avropa Oyunlarının məşəlini gəzdirməkdən qürur duydum

Bakı, 11 iyun, AZƏRTAC

Əslən azərbaycanlı olan Fransanın tanınmış aktyoru, teatr və kino rejissoru Rober Osseyn Azərbaycanda səfərdədir. Onun budəfəki gəlişi həm də “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlıdır. Dünyada məşhur həmyerlimiz ilk Avropa Oyunlarının məşəlçilərindən biri olub.

AZƏRTAC xəbər verir ki, iyunun 11-də Heydər Əliyev mərkəzində tanınmış aktyor mətbuat konfransı keçirərək təəssüratlarını bölüşüb.

O deyib: “Azərbaycan tarixən dünyada bir çox mühüm işlərə ilk imza atan ölkə kimi tanınır. Ötən əsrin əvvəllərində, Azərbaycan qadınlara səsvermə hüququnun verildiyi ilk ölkələrdən biri olub. Bu gün isə Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarını qəbul edən ölkədir. Bu möhtəşəm tədbirin məşəlini gəzdirməkdən qürur duydum. Ümumiyyətlə, məşəllə qaçmağa cəhd etmək məndə nostalji hissləri yaratdı. İdman neytral məfhumdur. O, həm də insanları birləşdirən amildir. Belə tədbir vasitəsilə insanların birliyinin təşviq edilməsi vacibdir. Bu baxımdan ilk Avropa Oyunlarının keçirilməsi böyük əhəmiyyət daşıyır”.

Qeyd edək ki, mətbuat konfransında Rober Osseynin həyat yoldaşı, aktrisa Kendis Patu da iştirak edib. Azərbaycana ilk dəfə səfər etmələrinin tarixçəsini danışan aktrisa deyib: “40 ildir ki, Rober Osseynlə bir yerdəyik. Onun atası gözəl tar çalır, Şərq mədəniyyətini dərindən bilir və bu keyfiyyətlərini oğluna da aşılayırdı. Biz Parisdə yaşayırdıq. Günlərin birində bizə Azərbaycan səfirliyindən dəvət gəldi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bizi Bakıya dəvət edirdi. Beləliklə, biz ilk dəfə Bakıya gəldik. Ölkə Roberə çox böyük təsir bağışladı. Biz Bakının küçələri ilə gedəndə insanların ona münasibətindən, eləcə də Roberin simasından duyurdum ki, bu ölkə ona necə əzizdir və o, burada olmağından çox şaddır”.

Xanımın sözlərinə əlavə olaraq Rober Osseyn qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu ölkənin Fransada, eləcə də dünyanın digər ölkələrində tanınması üçün böyük işlər görürlər. Həmçinin, onların qızları da ictimai həyatda çox fəaldırlar. Xalqınız böyük dəyişikliklərə nail olmaq üçün yorulmaz səylər göstərir. Bu, həm maraqlıdır, həm də ölkəniz üçün çox vacibdir.

Rober Osseyn diqqətə çatdırıb ki, onun üçün ən vacib məfhum ümid və həmişə hər bir şeyə düşünülmüş şəkildə yanaşmaqdır. Azərbaycana gələndə də bizi bu ümid birləşdirir. Xalqınızın istedadlı sənətkarları, o cümlədən musiqiçiləri var. Mətbəxiniz isə çox gözəldir.

Tanınmış aktyor və rejissor Azərbaycanda bir teatr tamaşa hazırlamaq istədiyini bildirdi. Diqqətə çatdırdı ki, bu səhnə əsəri İkinci Dünya müharibəsi ilə bağlı olacaq. Bu müharibədən Fransa əziyyət çəkib, həmçinin müxtəlif irqlərə, xalqlara aid insanlar o müharibədə məhv ediliblər. İstərdim ki, bu tamaşada insanların çəkdikləri əziyyəti yenidən canlandırım.

Qeyd edək ki, Rober Osseyn 1927-ci il dekabrın 30-da Parisdə musiqiçi ailəsində anadan olub. Onun atası, skripkaçı və bəstəkar Əminulla Hüseynov (1905-1983) Səmərqənddə anadan olmuş azərbaycanlı idi. Birinci Dünya müharibəsindən əvvəl Əminulla Hüseynov bir müddət Moskvada yaşayıb, sonra isə Almaniyaya gedərək Ştutqart və Berlin konservatoriyalarında təhsil alıb. O, orada gələcək həyat yoldaşı – Kiyevdə doğulmuş pianoçu və aktrisa Anna Minevskaya ilə tanış olub.

Əminulla Hüseynov və Anna Minevskaya ailə həyatı quraraq, Fransaya köçüblər. Burada Əminulla Hüseynov ad və soyadını fransız dilinə uyğun şəkildə dəyişərək, Andre (Əminulla) Osseyn (Hüseyn) olub.

Rober Osseynin uşaqlığı Parisin yoxsul rayonlarından birində keçib. Valideynləri təhsil haqqını ödəyə bilmədiklərinə görə o, tez-tez məktəb dəyişməli olub. Anası mühacir teatrlarında aktrisa işləyib və bu səbəbdən Rober səhnə arxasında çox vaxt keçirib. Rober 15 yaşından etibarən teatr studiyalarında çalışıb. Rene Simonun kurslarını bitirəndən sonra isə o, dəhşət tamaşaları nümayiş etdirən “Qran Qinyol” teatrında çıxış edib. Rober Osseyn burada aktyorluqla yanaşı, rejissorluq təcrübəsi də qazanıb.

1954-cü ildə 27 yaşlı aktyor “Dənizkənarı sarışın” filmində çəkilməklə kinodebüt edib. Bir il sonra isə rejissor kimi “Əclaflar cəhənnəmə yollanır” adlı ilk filmini çəkib. Filmdə baş rolu aktrisa Marina Vladi ifa edib və Rober Osseyn həmin il onunla ailə qurub. Həyat yollarını birləşdirən Marina Vladi və Rober Osseyn yaradıcılıqda da sıx əməkdaşlıq ediblər. Rober Osseyn “Bizim günahlarımızı bağışlayın” (1956), “Sən zəhərsən” (1958) və “Casusların gecəsi” (1959) filmlərində baş rola həyat yoldaşını çəkib.

Dörd ilə yaxın davam edən evlilik zamanı onların İqor və Ryotr adlı iki oğlu dünyaya gəlib. 1959-cu ildə Rober Osseyn və Marina Vladi ayrılıblar. Roberin ikinci həyat yoldaşı, əslən bakılı Karolin Elyaşova olub. Cütlüyün bu nikahdan Nikolya adlı övladı dünyaya gəlib.

Rober Osseyn bir sıra ekran əsərlərində aktyor kimi çəkilib. Onu ən çox tanıdan rollarından biri F.Dostoyevskinin eyniadlı əsəri əsasında çəkilmiş “Cinayət və cəza” (1956) filmi olub. O, həmçinin dostu, rejissor Roje Vadimin ”Kim bilir”, “Barbarella”, “Don Juan-73” filmlərində aktyor kimi çıxış edib. O, rejissoru olduğu “Qatilin ölümü”, “Göz ətrafındakı çevrələr”, “Düsseldorflu vampir” filmlərində aktyor kimi də çıxış edib.

Rober Osseynin kino karyerasının zirvəsi Ann və Serj Qolonun yazdıqları roman əsasında rejissor Bernar Borderinin çəkdiyi “Anjelika” filmində yaratdığı tuluzalı qraf Joffrey de Peyrak obrazı olub. Beş bölümdən ibarət bədii filmdə onun tərəf müqabili Mişel Mersye (Anjelika) idi.

Sənətkarın filmoqrafiyasında mənfi obrazlar üstünlük təşkil edib və müxtəlif ekran əsərlərində bənzərsiz obrazlar yaradıb.

Kino ilə bərabər teatr sahəsində də fəaliyyət göstərən Rober Osseyn 1970-1979-cu illərdə Reymsdə Milli Xalq Teatrına rəhbərlik edib, sonralar isə Parisdə idman sarayında teatr tamaşaları səhnələşdirib.

Rober Osseyn hazırda Parisdəki “Marini” teatrının bədii rəhbəridir.

Onun üçüncü həyat yoldaşı aktrisa Mari-Frans Pizye olub. Lakin bu nikah qısa müddət davam edib. Onun dördüncü həyat yoldaşı isə Kendis Patudur. O, 1982-ci ildə rejissoru olduğu “Səfillər” filminə aktrisanı dəvət edib və onunla ailə həyatı qurub. Kendis Patu Rober Osseynə dördüncü oğlunu – Julyeni bəxş edib.

Rober Osseyn Fransada doğulmasına və yaşamasına, tarixi vətənini illər sonra görməsinə baxmayaraq, Azərbaycanla bağlılığını qoruyub saxlayıb. 2013-cü il oktyabrın 31-də Heydər Əliyev Mərkəzində keçirilmiş III Beynəlxalq Humanitar Forumda iştirak edən Rober Osseyn jurnalistlərə müsahibəsində atasının azərbaycanlı olmasından və özünün bu ölkəyə aidliyindən qürur duyduğunu bildirib: “Burada gördüklərim məndə böyük təəssürat yaratdı. Çünki burada bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, məndə böyük fərəh hissi oyadır. Hesab edirəm ki, dinlər və xalqlar arasında Azərbaycanda olan münasibətlər dünyanın heç bir yerində yoxdur. Fəxr edirəm ki, mən də bu xalqın bir parçasıyam”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb